“Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq” –Mikayıl Cabbarov

Ərazilərin işğaldan azad edilməsi nəticəsində yaranan yeni reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika potensialını artıracaq.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

O əlavə edib ki, bu potensialın reallaşdırılması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan əhalisinin sayı açıqlanıb

Sonrakı məqalə

DYP və BNA vətəndaşlara müraciət etdi: