“Zəngəzur dəhlizinin açılması qaçılmazdır”- Azərbaycan Prezidenti

Biz (Türkiyə Prezidenti ilə – red.) Zəngəzur koridorunun tezliklə açılması haqqında fikir mübadiləsi apardıq. Nə qədər tez olsa, o qədər yaxşıdır. Zəngəzur dəhlizinin açılması qaçılmazdır.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib.

“Hər halda biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”, – deyə dövlət başçısı vurğulayıb.

Əvvəlki məqalə

Milyonçular Rusiya və Çindən qaçır

Sonrakı məqalə

Bu il Azərbaycan və Türkiyə 16 birgə hərbi təlim keçirəcək