Zabratda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Qətlə yetirilən 1970-ci il təvəllüdlü Nəcəfov Firdovsi Tofiq oğlu qul bazarında işləyirmiş. O, iş yoldaşı 1988-ci il təvəllüdlü Əsgərov Adil Xəlil oğlu ilə birgə bazara gələn müştəriyə xidmət göstərməsi üçün yaxınlaşıb. Müştəri ilə onlar razılaşa bilməyib. F.Nəcəfov buna görə A.Əsgərovu günahlandırıb.
Onun bacısının ünvanına nalayiq söz işlədib. Bundan hiddətlənən A.Əsgərov əlindəki böyük çəkiclə (kubalt) F.Nəcəfovun başına vurub. Sonuncu zərbənin təsirindən hadisə yerində ölüb(apa).