Zaqatalada 92 yaşlı qadın evdə partlayış törətdi

Zaqatalada fərdi yaşayış evində partlayış baş verib.

hadisə bu gün səhər saatlarında Zaqatala şəhəri İmam Şamil küçəsində qeydə alınıb.
Fərdi yaşayış evlərindən birində baş verən partlayışa qaz sızması səbəb olub. Belə ki, 1928-ci il təvəllüdlü Ayşə Məmmədova qaz sobasını yandırmaq istəyən zaman anidən yanğınla müşahidə olunan partlayış baş verib.

Nəticədə 92 yaşlı Ayşə Məmmədova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiririlib. (APA)

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pişik “O səs Türkiyə”nin çəkiliş studiyasına girdi, ortalıq qarışdı –

Sonrakı məqalə

Ağstafanın həbs edilmiş icra başçısının oğlu prokurorluq orqanlarından xaric edilib