Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar oğurlanıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan AzPost-a verilən xəbərə görə, fermerin müraciəti əsasında aparılan araşdırma nəticəsində 27 baş qoyunu oğurlamaqda şübhəli bilinən 30 yaşlı Murad Kələşov rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə M.Kələşov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma davam etdirilir.