Zaqatalada məktəbli tələbəni qətlə yetirib

Zaqatalada yuxarı sinif şagirdi 1-ci kurs tələbəsini bıçaqlayaraq qətlə yetirib.

Hadisə bu gün axşam saatlarında rayonun Mosul kəndi ərazisindəki idman meydançasında baş verib.

Mosul kənd sakinləri olan 16 yaşlı Əli Arzuman oğlu Əliməmmədovla 18 yaşlı İlyas Teymur oğlu İlyasov arasında şəxsi münasibətlər zəminində dava düşüb. Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas İlyasov hadisə yerində ölüb. Meyit müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına təhvil verilib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli sayılan Əli Əliməmmədov Mosul kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Qətlə yetirilən İ.İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“REAL” TV bağlanmayıb” –

Sonrakı məqalə

Kürdə nəhəng naqqa balığı tutdular –