Zaqatalada bir-neçə gün əvvəl xəsarətlə xəstəxanaya daxil olan şəxsin bıçaqlandığı məlum olub.
Göygöl rayon sakini, 1983-cü il təvəllüdlü Əfqan Zahid oğlu Hüseynov fevral ayının 25-i qarın boşluğunun kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya daxil olub.
Araşdırmalar nəticəsində onun qeyri-rəsmi nikah münasibətində olduğu Zaqatala rayon sakini, 1973-cü il təvəllüdlü Nadilə Marif qızı Orucova tərəfindən bıçaqlandığı məlum olub.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)