Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən olunub- YENİLƏNİB

Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, onlar Bakı şəhər sakinləri Əli Aydın oğlu Əlizadə və Əbdül Rzayevdir.

Yüksək dağlıq və relyefi çətin ərazidə onların yeri müəyyən olunub, təxliyə edilmələri istiqamətində tədbirlər keçirilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.