Prezident Vladimir Zelenski ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya müraciət edərək Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün icazə verilməsini xahiş edib.
“Bu günlərdə Ukrayna nümayəndə heyətimiz Vaşinqtonda işləyir: Baş nazirin birinci müavini, müdafiə naziri, Baş Qərargahın nümayəndələri, idarə rəisi. Müxtəlif səviyyələrdə görüşlər oldu və bizim üçün ilk məsələlərdən biri Müdafiə Qüvvələrimizin bu terrorun qarşısını almaq bacarığı idi”.
Zelenski deyib ki, Ukrayna səmasını Rusiyanın idarə olunan bombalarından təmizləmək Moskvanı müharibəyə son qoymağa və ədalətli sülhə nail olmağa məcbur etmək üçün güclü addımdır: “Ukrayna nümayəndələri bütün lazımi məlumatları, bütün lazımi detalları tərəfdaşlarımıza təqdim etdilər”.
“Mən ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya müraciət edirəm: bizə Ukraynanı tam şəkildə müdafiə etmək bacarığı lazımdır. Bizə həm uzaq mənzilli icazələrə, həm də sizin uzaq mənzilli mərmi və raketlərə ehtiyacımız var. Siz həyati vacib qərarları təxirə sala bilməzsiniz”.
Zelenski vurğulayıb ki, “Rusiya terroru yalnız bir yolla Rusiya hərbi aerodromlarına, onların bazalarına və Rusiya terrorunun maddi-texniki bazasına zərbələr endirməklə etibarlı şəkildə dayandırıla bilər.
O, həmçinin qeyd edib ki, Ukrayna nümayəndələri tərəfdaşlarla hava hücumundan müdafiə sistemlərinin tədarükü zərurəti barədə danışırlar.