Zelenski Almaniyaya gedəcək- Berlində təhlükəsizlik tədbirləri gücləndirilir

Ukrayna prezidenti Vladimir Zelenski mayın 13-də Berlinə səfər edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Der Tagesspiegel” məlumat yayıb.

Hüquq-mühafizə orqanları Ukrayna prezidentinin səfəri üçün hazırlıqlara başlayıb.

Zelenskinin təyyarəsi Berlinin BER hava limanının hərbi sektoruna enəcək. Ukrayna lideri “Ritz-Carlton”da qalacaq. Berlinin mərkəzində Potsdamer Platz ərazisində gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq edilib.

“Ukrayna prezidenti şübhəsiz ki, bütün dünyada təhlükə altında olan insanlardan biridir”, – səfərin planlaşdırılmasında iştirak edən polis zabitlərindən biri bildirib.

Məlumata görə, səfər zamanı sənədlərin yoxlanılması, snayperlərin və istehkamçı itlərin olması da daxil olmaqla gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.

Azpost.info

Əvvəlki məqalə

“Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil, sülh sazişi də deyil”

Sonrakı məqalə

“Ermənilər ərazi bütövlüyümüzlə bağlı kompromisə gedəcəyimizi düşünürdülər”