Zelenski azad edilən ərazilərin sayını açıqladı

“Ukrayna Silahlı Qüvvələri bu günə qədər 934 yaşayış məntəqəsini rusiyalı hərbçilərdən azad edib”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, həmin ərazilərin 435-ində polis, 431-ində isə yerli idarəetmə orqanları öz fəaliyyətlərinə başlayıb.

Zelenski qeyd edib ki, azad edilən bölgələrdə həyat normal qaydasına geri dönməyə davam edir.

Əvvəlki məqalə

Evdən 200 min dollar oğurlayan xadimənin istintaqı yekunlaşıb

Sonrakı məqalə

“Böyük Yeddilik” ölkələri Ukraynaya 24 milyard dollar ayıracaq –