Zelenski Donbasda bufer zonasının yaradılmasına razılıq verib-YENİLƏNİB

Ukrayna Donbasda bufer zonasının yaradılmasına razılıq verib.

AzPost bildirir ki, bu barədə “Le Monde” qəzeti  məlumat yayıb.

Məlumata görə, Kiyev həm Ukrayna, həm də Rusiya qoşunlarının hazırkı cəbhə xəttinin hər iki tərəfindən çıxarılmasında israr edir. Bu güzəşt Trampa təqdim edilən ABŞ-ın yenidən işlənmiş “sülh planı”na daxildir.

Xatırladaq ki, Ağ Ev bildirib ki, Tramp Ukrayna və Rusiyadan son dərəcə məyusdur.

Ağ Evin mətbuat katibi Kerolin Levitt Ukrayna ilə bağlı sülh danışıqları barədə danışarkən bildirib ki, ABŞ prezidenti Donald Tramp bu müharibədə hər iki tərəfdən son dərəcə məyusdur. O, qeyd edib ki, Tramp görüş naminə görüşlərdən bezib: “Artıq danışığa ehtiyacı yoxdur, ona hərəkət lazımdır”.

 

**

Ukraynanın Prezident Administrasiyası Le Monde qəzetinin Donbasda “silahsızlaşdırılmış zona” yaratmağa hazır olması barədə xəbərini təkzib edib.

Prezidentin müşaviri Dmitri Litvin jurnalistlərə verdiyi şərhdə nəşrin məlumatlarının səhv təqdim edildiyini və Prezident Administrasiyası rəhbərinin müşaviri Podolyakın təsdiq edilmiş qərarlar haqqında deyil, yalnız müzakirə edilə bilən nəzəri modellər haqqında danışdığını vurğulayıb.

Litvin əlavə etdi ki, bu cür məsələlər yalnız ən yüksək siyasi səviyyədə və ya Ukrayna xalqı tərəfindən həll edilə bilər və bunu Prezident Zelenski dünən təsdiqləyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.