Zelenski G7 sammitində Co Baydenlə görüşəcək

Vladimir Zelenski Yaponiyada keçirilən G7 sammitinə gedəcək və orada ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Bu barədə Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
“Bəli, mən bunu təsdiq edə bilərəm”, – deyə Yermak bildirib.
Onun sözlərinə görə, liderlər Vaşinqtonun ukraynalı pilotlara Qərb döyüş təyyarələrində, o cümlədən F-16-da təlim keçmək üzrə səylərini müzakirə edəcək. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.