Zelenski Hindistanın Baş naziri ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Xirosimada G7 sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Azpost.info xəbər verir ki, bu, onların Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayandan bəri ilk görüşüdür.

“G7 sammiti çərçivəsində mən Hindistanın baş naziri Narendra Modi ilə görüşdüm”, – Zelenski “Teleqram” kanalında yazıb.

Zelenski Modiyə Kiyevin irəli sürdüyü “sülh formulu” haqda məlumat verib və Hindistanı ona qoşulmağa çağırıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.