“Zelenski ilə görüşüm danışıqlarda konkret nəticədən asılıdır” –PUTİN

“Ukrayna Rusiya ilə danışıqlarda ardıcıllıq nümayiş etdirmir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə telefon danışığı zamanı deyib.

Kremlin mətbuat xidmətindən bildiriblər ki, Putin Ukraynanın münaqişənin gərginliyini azaltmaq üçün qarşılıqlı həll yollarını axtarmağa hazır olmadığını da bildirib.: “Şarl Mişelin Vladimir Zelenski ilə birbaşa təmasda olmaq çağırışına cavab olaraq Rusiya prezidenti qeyd edib ki, belə bir ehtimal Rusiya və Ukrayna arasında davam edən danışıqlarda konkret nəticələrdən asılıdır”.

Azpost.info

Əvvəlki məqalə

Dünən ölkədə 12 nəfər koronavirusa yoluxub

Sonrakı məqalə

Putin Şarl Mişellə Qarabağı müzakirə edib