Zelenski Kiyevdə Baltik ölkələrinin XİN rəhbərlərini qəbul edib

Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə səfərdə olan Baltik ölkələrinin – Estoniya, Latviya və Litva xarici işlər nazirlərini qəbul edib.

APA xəbər verir ki, bu barədə Latviya xarici işlər naziri Edqars Rinkeviçs “Twitter“də bildirib.

“Latviyalı və estoniyalı həmkarlarımla Kiyevə səfər etmişik. Bu dəfə biz Ukraynanın yenidən qurulması, bərpası və Avropa İttifaqına namizəd statusu barədə danışırıq. Çiçəklənən Kiyev ölkənin parlaq gələcəyə hazır olduğunu xatırladır”, – Landsberqis qeyd edib.

Əvvəlki məqalə

Fransa Rusiyanı faşizm üzərində Qələbə bayramı tədbirinə dəvət etməyib

Sonrakı məqalə

Azərbaycanda daha 8 nəfər COVID-19-a yoluxub