Zelenski Kremlə hücumdan danışdı- AÇIQLAMA

“Kiyev Moskvaya hücum, Rusiya lideri Vladimir Putinə sui-qəsd cəhdi etməyib”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Helsinkidə Şimali Avropa ölkələrinin hökumət başçıları ilə birgə mətbuat konfransında deyib.

Zelenski bildirib ki, Ukrayna hərbi əməliyyatları yalnız öz ərazisində aparır.

“Bu mesajı təkrarlaya bilərəm. Düşünürəm ki, bu, hamıya aydın olacaq: biz Rusiya prezidenti Vladimir Putinə və ya Moskvaya hücum etmirik, biz öz ərazimizdə döyüşür, şəhər və kəndlərimizi qoruyuruq”, – Zelenski bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.