Zelenski Makronla təhlükəsizlik məsələlərini müzakirə edib

Ukrayna prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefonla təhlükəsizlik məsələlərini və taxıl dəhlizinin fəaliyyətini müzakirə edib.

Zelenski bu barədə X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

“Biz taxıl dəhlizinin fəaliyyətinin təmin edilməsi və Odessa vilayətinin təhlükəsizliyinin yaxşılaşdırılması yollarını müzakirə etdik”, – deyə yazıb.

Zelenski ənənəvi olaraq Fransaya hərbi yardıma görə təşəkkür edib və Makronla Fransa şirkətlərinin qarşıdan gələn Ukrayna Müdafiə Sənayesi Forumunda iştirak edəcəyinə razılaşıb. Həmsöhbətlər həmçinin “ikitərəfli təhlükəsizlik təminatları üzrə” danışıqlara başlamağa razılaşıblar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.