Ukraynanın əvvəllər Qərb ölkələrinin liderlərinə təqdim etdiyi münaqişənin həlli planı oktyabrın 16-da Ali Radaya təqdim olunacaq.
Azpost.info xəbər verir ki, bunu Ukrayna liderinin müşaviri Sergey Leşşenko bildirib.
“Oktyabrın 16-da prezident Vladimir Zelenski Ali Radada çıxış edəcək. Aydındır ki, indi bu addımın yalnız bir səbəbi var. Bu, “qələbə planı”nın ictimaiyyətə təqdimatıdır”, – o qeyd edib.
Xüsusi hərbi əməliyyat başlayandan bəri Radanın iclasları bağlı qapılar arxasında, yayım və jurnalistlər olmadan keçirilir. Bununla belə, ukraynalı deputatlar mütəmadi olaraq sosial şəbəkələrdə görüşlər barədə məlumatlar yerləşdirir, bəzən də iclaslardan yayımlar təşkil edirlər.
Azpost.info