Zelenski Qərb liderlərinə 47 dəfə təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski Britaniya müdafiə naziri Ben Uollesin iradından sonra öz “Teleqram” kanalında Avropa liderlərinə videomüraciət ünvanlayıb.

Azpost.info xəbər verir ki, müraciətdə Zelenski Qərb liderlərinə 47 dəfə təşəkkür edib.

“Prezident Baydenə və bütün ABŞ-a təşəkkür edirəm. Sammitin təşkilinə görə Litvaya təşəkkür edirəm. Niderland, Danimarka, Fransa və prezident Makrona təşəkkürlər”, – Zelenski qeyd edib.

Ötən gün Uolles qeyd edib ki, Ukrayna Qərbin silah tədarükünə görə daha çox minnətdar olmalıdır. Onun sözlərinə görə, Kiyevə hərbi yardım göstərmək üçün bəzən ölkələri öz təchizatlarını qurban verməyə inandırmaq və ya Kapitolidə ABŞ qanunvericilərini razı salmaq lazımdır.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada aviabiletlərin qiymətləri 40 faiz bahalaşacaq

Sonrakı məqalə

İqtisadi fəal əhalinin sayı açıqlanıb