Zelenski Səudiyyə Ərəbistanında səfərdədir

Ukrayna prezidenti Vladimir Zelenski “sülh formulu”nu, həmçinin əsir götürülmüş və deportasiya edilmiş ukraynalıların geri qaytarılmasını müzakirə etmək üçün Səudiyyə Ərəbistanında səfərdədir.

Azpost.info xəbər verir ki, bu barədə Zelenski özü Teleqram kanalında məlumat verib.

“Vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudla dialoqumuzu davam etdirmək üçün Səudiyyə Ərəbistanına gəldik”, – Ukrayna lideri yazıb.

Onun sözlərinə görə, səfər zamanı bir nömrəli mövzu “sülh formula” olacaq.

“Ötən il Ciddədə toplantının həyata keçirilməsi ilə bağlı məsləhət səviyyəsində məhsuldar görüş keçirdik. İndi biz ilk sülh sammitini keçirməyə yaxınıq və Səudiyyə Ərəbistanının davamlı fəal dəstəyinə ümid edirik”, – Ukrayna lideri qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.