Ukrayna Prezidenti Vladimir Zelenski Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şoltsla görüşüb. Tərəflər Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi və Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə ediblər.
Bu barədə Ukrayna prezidentinin ofisi xəbər yayıb.
Ukrayna prezidenti Almaniya kanslerinə Rusiyanın Ukraynaya qarşı raket terrorunun genişlənməsi barədə məlumat verib.
Vladimir Zelenski həmçinin Olaf Şolza Ukrayna sülh formulasını dəstəklədiyinə və onun həyata keçirilməsinə qoşulmağa hazır olduğuna görə təşəkkür edib.