Zelenski Trampla danışığının detallarını açıqladı

Ukrayna
Ukrayna

Zelenski Trampla danışığının detallarını açıqladı

Ukrayna prezidenti Zelenski ABŞ prezidenti Trampla telefon danışığı barədə yazıb.

AzPost bildirir ki, Zelenski Trampla söhbətinin səmərli keçdiyini bildirib.

“Biz sülhün əldə olunması imkanları barədə xeyli danışdıq, PUA və digər aparıcı sahələr daxil olmaqla Ukraynanın texnoloji imkanlarını və komanda səviyyəsində birgə işləməyi müzakirə etdik”.

“Biz həmçinin resurslar sahəsində iqtisadi əməkdaşlıq və təhlükəsizliklə bağlı yeni sənədin hazırlığı  ilə bağlı da müzakirə apardıq.  Prezident Tramp Putinlə danışığının detallarını bölüşdü. Ukraynadan çox kimsə sülh istəmir. ABŞ-la birgə rus işğalını dayandırmaq və möhkəm sülhü təmin etmək üçün növbəti addımlarımızı planlaşdırırıq. Tramp demişkən, “gəlin bunu edək!”

Biz əlaqə saxlamaq və qarşıdakı görüşü planlaşdırmaq üçün razılığa gəldik”-deyə Zelenski bildirib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.