Zelenski  Türkiyəyə gəldi –Ərdoğanla görüş başlanıb /VİDEO

Ukrayna prezidenti Zelenski  Rəcəb tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.

Bu barədə Zelenski öz Telegram kanalında bildirib.

Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vahidəddin köşkündə ikitərəfli görüş başlayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.