Zelenskinin ofisi Kiyevin təklif etdiyi “sülh formulu”nu dərc edib

Ukrayna prezidenti Vladimir Zelenskinin ofisi Kiyevin təklif etdiyi “sülh formulu”nun 10 bəndinin hər birini izah edən sənəd dərc edib.

“Biz indi prezident Vladimir Zelenskinin “sülh formulu” ilə bağlı izahat işləri aparırıq. Ciddədəki tərəfdaşlarla müzakirə edilən formulun hər bir bəndinin detallarını təqdim edirik”, – Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.

Yermak qeyd edib ki, formulun əsasını Ukraynanın suverenliyi və ərazi bütövlüyü təşkil edir.

Ərzaq təhlükəsizliyi məsələsində Kiyev öz kənd təsərrüfatı məhsullarının Qara dəniz limanları vasitəsilə maneəsiz ixracı və Avropaya taxıl tədarükü üçün dəmir yolu, avtomobil və çay marşrutlarının yaradılması üçün Aİ-nin Həmrəylik Zolaqları təşəbbüsünün həyata keçirilməsi yolu ilə təmin edilməsinə ümid edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.