“Zelenskinin Rusiyaya təklifi açıq-aşkar ultimatum olacaq”- LAVROV

“Münaqişənin həlli ilə bağlı Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən hazırlanan təklif aşkar ultimatum olacaq”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov qeyd edib ki, Ukrayna lideri özünün “sülh formulu”nu danışıqlar kimi əsas tutmayıb.

“Zelenski bunun danışıqlar sayılmayacağını deyib. Normal insan başa düşür ki, ultimatum nəzərdə tutulur. Zelenski heç vaxt ultimatumdan imtina etməyib. Onun bütün on bəndlik düsturu açıq-aşkar ultimatum idi və belə də qalır”, – Lavrov bildirib.

Lavrov xatırladıb ki, Zelenski, eləcə də Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak İsveçrədəki görüşün Rusiyanın iştirakı olmadan keçiriləcəyi fikrini ifadə ediblər: “Kiyev formulu cilalamaq və yalnız bundan sonra onu Moskvaya ötürmək niyyətindədir”.

Azpost.info

 

Əvvəlki məqalə

“Sumqayıtda iğtişaş SSRİ və Ermənistanın planlaşdırılmış təxribatı idi” –

Sonrakı məqalə

Daha 3 qadın məşhur kinorejissoru cinsi təcavüzdə ittiham edib