Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Zəlzələdə 280 qohumunu itirdi, hekayəsi Türkiyəni ağlatdı

Orkhan Ali 06 Fevral 2025 - 10:28 (Last updated: 21 May 2025 - 20:15)
Zəlzələdə 280 qohumunu itirdi

Zəlzələdə 280 qohumunu itirdi

Zəlzələdə 280 qohumunu itirdi, hekayəsi Türkiyəni ağlatdı
Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdə ailəsini və bir çox yaxınını itirən, özü isə 14 saat sonra dağıntılar altından çıxarılan Fatmanur Özbağış həyatda qalmağı bacarsa da, yaşadığı acıları unutmaq mümkün olmadığını deyir.
Qaynarinfo xəbər verir ki, Fatmanur Özbağış yaşadığı dəhşətləri “Hürriyət”ə danışıb.
Göz yaşları içində danışan Özbağış “Bu həyatda anan yoxdursa, kimsən yoxdur. Mən bu cümlənin altında çox əzilirəm. Zəlzələni hamımız birlikdə yaşadıq, o gündən sonra hava heç aydınlanmadı. 2 ildir bizim üçün hər şey zülmət içindədir” deyib.
30 yaşlı Fatmanur Özbağış Türkiyəni sarsıdan 6 fevral zəlzələlərinin episentri olan Kahramanmaraşda, ən çox insan itkisi yaşanan yerlərdən biri olan Ebrar adlanan binada fəlakətə yaxalanıb.
Zəlzələ zamanı binanın çökməsi nəticəsində üzərinə iki sütun düşən Özbağış kürəkənin yardımı ilə 14 saat sonra dağıntılar altından çıxarılıb. Lakin anası və atası da daxil olmaqla 280-ə yaxın qohumunu itirib.
Özbağış sağ qalmasına sevinə bilmədiyini, ata-anasının xatirələri ilə həyata tutunduğunu deyir. O, eyni zamanda məsuliyyət daşıyan şəxslərin ədalət qarşısında cavab verməsi üçün hüquq mübarizəsini davam etdirir.
“Anam və atam bu binada həyatını itirdi. Mən isə 14 saat sonra çıxarıldım. Üzərimdə iki sütun var idi: qonaq otağının sütunu sinəmin, yataq otağının sütunu isə ayaqlarımın üzərinə düşmüşdü. Başım boşluqda qalmışdı, pəncərənin qarşısında idi. Çöldə nə baş verdiyini görə bilirdim, lakin səs-küy çox idi. Bir neçə binanın dağıldığını düşünürdüm, amma səslər dağıntılar altından gəlirmiş. Əslində, çöldə heç kim yox imiş”, deyə Özbağış xatırlayır.
O, yaşadığı travmanın öhdəsindən gəlməyin çətin olduğunu bildirib: “Birinci dərəcəli itkim yalnız anam və atamdır, amma qohumlarımın yarısı artıq yoxdur. 280-ə yaxın qohumum həyatını itirdi. Atam bütün sevdiklərini özü ilə apardı, mən artıq belə düşünürəm. Burada bir qohumum var idi, 2 blok yuxarıda yaşayırdı. Necə bir faciədir ki, 14 nəfərlik ailənin hamısı eyni evdə həyatını itirdi. İndi onların heç biri yoxdur”.
Özbağış ailəsi ilə keçirdiyi bazar səhəri süfrələrinə olan həsrətini dilə gətirərək, aradan 2 il keçməsinə baxmayaraq, həyatına qaldığı yerdən davam edə bilmədiyini, böyük çətinliklər yaşadığını söyləyib:
“Bayram günlərində bir-birimizə qonaq gedirdik, indi isə yalnız məzarlarını ziyarət edirik. Bu həyatda anan yoxdursa, kimsən yoxdur. Mən bu cümlənin ağırlığını çiyinlərimdə daşıyıram. Atamı da çox sevirəm, amma anam sağ qalsaydı, bizi bir araya toplayardı. Bu qədər yalnız qalmazdım. Əslində, seçim etmək istəmirəm, atam da qala bilərdi. Danışa bilməsəydi, görə bilməsəydi, yatağında qalmalı olsaydı belə, amma biri sağ qalsaydı kaş ki… Yoxluqları məni çox sarsıdır. Bazar günləri ailələrin birlikdə çay içib, deyib-gülərək söhbət etdiyi o günləri üçün çox darıxıram. Zəlzələni hamımız birlikdə yaşadıq, o gündən sonra hava heç aydınlanmadı. 2 ildir bizim üçün hər şey zülmət içindədir”.

Facebook-da izləyin    

“TikTok”da izləyin  

Telegramda izləyin!   

İnstagramda izləyin!

Post navigation

Previous: “Tərtər işi” ilə bağlı məhkəmə
Next: Eldar Mansurovun oğluna yüksək vəzifə verildi

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

tramp teyyare
  • Dünya

Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”

User 19 Noyabr 2026 - 21:52
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin Ukraynaya gələcək hərbi və maliyyə dəstəyini davam etdirməsinin məqsədəuyğunluğunu şübhə altına...
Read more about Tramp təyyardən Avropa liderlərinə zəng etdi – “Ukraynaya yardımı dayandırın!”
Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib hebs qadin
  • Sosial

Beynəlxalq axtarışda olan Zinyət Səfərova Azərbaycana gətirilib

User 19 Noyabr 2026 - 21:17
Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub meleyke bdu
  • Sosial

Məleykə Abbaszadə BDU-nun kollektivinə təqdim olunub

User 19 Noyabr 2026 - 18:25
Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur surusme badadar
  • Baş Yazı

Badamdarda sürüşmə – İnsanlar təxliyə olunur

User 19 Noyabr 2026 - 18:19
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib ilham vyetnam01
  • Siyasət

İlham Əliyev Vyetnama rəsmi səfərə gedib

User 19 Noyabr 2026 - 18:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.