Zepp Blatter:“İnfantino özünü toxunulmaz hesab edir”

FİFA-nın sabiq prezidenti Zepp Blatter qurumun hazırkı rəhbəri Canni İnfantinonun idarəçiliyinə münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, İsveçrədə barəsində cinayət işi açılan və futboldan uzaqlaşdırılan Blatter xələfinin qanunsuz işlərlə məşğul olduğunu düşünür.

Onun fikrincə, İnfantino istintaqa cəlb edilməlidir: “İnfantino özünü toxunulmaz hesab edir. Etika Komissiyası onun haqqında istintaq açmalıdır. Mənə qarşı edilənlər ona da təkrarlanmalıdır. Ancaq bu komissiya müstəqil deyil, çünki İnfantino onların nəzarət orqanlarını bloklayıb. Bu da narahatlıq doğuran məqamdır”.

Qeyd edək ki, Zepp Blatter 1998-2015-ci illərdə FİFA-ya başçılıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanın 16 vətəndaşı Bakı Limanından ölkələrinə yola salınıb

Sonrakı məqalə

Bu gündən problemli əmanətlərin qaytarılmasına başlanılır