Zidanın varisi tapıldı

“Real Madrid Kastilya”nın baş məşqçisi Raul klubun əsas komandasının sükanı arxasına keçə bilər.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

Məlumata əsasən, 43 yaşlı mütəxəssis Zidanın gedəcəyi təqdirdə onun yerinə bir nömrəli namizəd sayılır.

Bildirilir ki, “Real” rəhbərliyi digər namizədləri də nəzərdən keçirir. Lakin Raul hər kəsin razı olduğu yeganə variantdır.

Qeyd edək ki, Raul 1994-2010-cu illərdə kral klubunun şərəfini qoruyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bill Qeyts boşandıqdan sonra keçmiş arvadına nə qədər pul ödəyib? –

Sonrakı məqalə

Gürcüstan Çindən 500 min doza “Sinopharm” vaksini alır