Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə NİİM məlumat yayıb.
Məlumata görə, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.
“Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, NİİM-dən bildirilib.