Ziya Bünyadov prospektində hərəkət 2 günlük məhdudlaşdırılacaq

03 İyul 2020 - 14:21

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 4-5 iyun tarixlərində “3-cü mikrorayon” dairəsi üzərindən küçən yol ötürücüsünə “20 yanvar” dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə APA-ya AAYDA-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.