Zod qızıl yatağının 76 faizi Azərbaycan ərazisindədir –AÇIQLAMA

“Kəlbəcərdəki Zod qızıl yatağının 24 faizi Ermənistan, 76 faizi isə Azərbaycan ərazisindədir”.

Bunu ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-nın sualına cavab olaraq bildirib.

O qeyd edib ki, yataqda ilkin olaraq 112 ton qızıl ehtiyatı var və gələcəkdə bu ehtiyatların yenidən qiymətləndirilməsi mümkündür: “İşğal dövründə ciddi şəkildə istismar həyata keçirilib. Ziyan hazırda qiymətləndirmə mərhələsindədir. Proses bitdikdən sonra qalıq ehtiyatlar hesablanacaq və dövlət tərəfindən, yaxud hər hansısa bir şirkət tərəfindən işlərə başlanılacaq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.