“Kəlbəcərdəki Zod qızıl yatağının 24 faizi Ermənistan, 76 faizi isə Azərbaycan ərazisindədir”.
Bunu ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev APA-nın sualına cavab olaraq bildirib.
O qeyd edib ki, yataqda ilkin olaraq 112 ton qızıl ehtiyatı var və gələcəkdə bu ehtiyatların yenidən qiymətləndirilməsi mümkündür: “İşğal dövründə ciddi şəkildə istismar həyata keçirilib. Ziyan hazırda qiymətləndirmə mərhələsindədir. Proses bitdikdən sonra qalıq ehtiyatlar hesablanacaq və dövlət tərəfindən, yaxud hər hansısa bir şirkət tərəfindən işlərə başlanılacaq”.