Zorakılığa məruz qalan qadınların yardım səsini vaxtında eşidə bilmirik

Son zamanlarda xəbər saytlarının əsas mövzularından biri qadınlara qarşı baş verməkdə olan zorakılıqdır. Təəssüflər olsun ki, biz bu xəbərlərlə çox sıx rastlaşırıq.

Keçmişdən bu günə qədər qadınlara qarşı zorakılıqlar baş verir. Günümüzdə dünyada qadın hüquqları böyük rol oynayır. Bir vətəndaş kimi qadınlarımız hüquqlarını daha çox öyrənməkdədir.

Lakin təəssüflər olsun ki, günümüzdə olan qadın qətlləri də azalmır.  Qadınlar müxtəlif fiziki və psixoloji şiddətə məruz qalırlar. Fiziki zorakılığa məruz qalmış bir çox qadın öz həyatı uğrunda mübarizə aparmaqdadır.

Qeyd edek ki “Azərbaycan Respublikasının Konistusiyasının 27 -ci maddəsində hər kəsin yaşamaq hüququ olması qeyd edilib.

Qadınlara qarşı yönəldilən təhqir və tənqidlər, fiziki və psixoloji zorakılıqlar qadınlarımızı intihara sürüklüyə bilər. Son zamanlarda statistikaya nəzər salsaq  günümüzdə qadın intiharları sayının artdığını görürük. Zorakılıq kəliməsini eşidərkən belə insan psixoloji sarsıntı yaşayır. Şiddət qadına və kişiyə yaraşmır, zorakılıq insanlığa yaraşmır.

Təəssüf ki, çox vaxt zorakılığa məruz qalan qadınların yardım səslərini vaxtında eşidə bilmirik,  sadəcə onların vəfat xəbərini alırıq. Öldürülən bütün qadınların istəkləri sadəcə  ailə içində xoşbəxt yaşamaqdır.

Fiziki zorakılıq qadınlarımızın psixologiyasında ağır izlər buraxır. Dünyada hər gün 137 qadın ailə fərdlərindən biri tərəfindən öldürülür. Ən az 155 ölkədə ailədaxili zorakılıq yaşanmaqdadır.

Bütün sivil dünya qadınlara edilən zorakılığa qarşıdır.

Qadınlarımızın olduğu hər yer cənnət bağçasıdır.  Qadınlarımızın cənnəti olun. Onlar yer üzərindəki mələklərimizdir. Bir mələyin daha ölməyinə icazə vermə, sən də qadına qarşı zorakılığa susma. Mübarizə apar!

Foqiyə Qasımova 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Döyüş təlimlərinə başlayan qoşunlar əməliyyat təyinatlı rayonlara çıxarılır –

Sonrakı məqalə

Türkiyədə GLADİO planı və Sedat Pekerin açıqlamaları