Zümrüd Yağmur Baş Prokurorluğa çağırıldı

Dünən sosial şəbəkədə açıqlama yayaraq xalası oğlu Əsgər Ağayev tərəfindən içkisinə narkotik qatıldıqdan sonra zorlandığını bildirən Sənay Yağmurun anası Baş Prokurorluğa dəvət olunub. S.Yağmur və anası Zümrüd Yağmur işi aparan Yasamal rayon prokuroru Elman Süleymanovun qanunsuz olaraq cinayət işinə xitam verdiyini bildirib.

Bu barədə S.Yağmurun anası Zümrüd Yağmur özü məlumat verib.

O bildirib ki, bir az əvvəl Baş Prokurorluqdan ona zəng edərək görüşə çağırıblar və onu Baş prokuror Kamran Əliyevin böyük köməkçisinin qəbul edəcəyini bildiriblər.

Qeyd edək ki, Baş prokurorun böyük köməkçisi Mahir Abbasovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.44days.info portalı təqdim edilib

Sonrakı məqalə

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin üçtərəfli görüşü keçirilib