“Əks-hücum davam edəcək, Putinə rahatlıq verməməliyik”- ZELENSKİ

“Əlverişsiz hava bu payız Ukrayna ordusunun əks-hücumunu dayandıra bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“İrəli getməliyik. Bizim boş vaxtımız yoxdur. Hava və buna bənzər şeyləri unudun. Biz bunu etməliyik. Putinə rahatlıq verməməliyik. Düşmənə rahatlıq verməməliyik”, – Zelenski deyib.

Onun sözlərinə görə, Kiyev 100 metrdən az olsa belə, öz ərazisini rus işğalından azad etməlidir.

Ukrayna lideri eyni zamanda, cəbhədə vəziyyətin ağır olduğunu etiraf edib: “Təşəbbüs bizdədir, bu yaxşı tərəfidir. Rus işğalçısının irəliləməsini dayandırıb hücuma keçmişik. Buna baxmayaraq, hərəkət çox sürətli deyil. Ancaq hər gün irəli getməyimiz vacibdir”, – Zelenski deyib.

O, Ukraynanın öz torpaqlarının bir hissəsini Rusiyaya verməsi müqabilində müharibənin bitməsi variantını da istisna edib. “Yox. Bu, bizim ərazimizdir”, – Ukrayna lideri vurğulayıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.