Ərdoğan Britaniyanın Baş Nazirinə məktub yazıb:"Sizi atalarınızın vətənində qarşılamaq istərdik"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş Naziri Boris Consona məktub göndərib.

APA-nın yerli bürosunun Türkiyənin “Hürriyyət” qəzetinə istinadla verdiyi xəbərə görə, R.T.Ərdoğan məktubunda B.Consona yeni növ koronavirus infeksiyasına yoluxduqdan sonra müalicəsinin uğurla başa çatmasından məmnunluğunu ifadə edib, daha da sağlam olmasını diləyib: “Diqqətinizə çatdırmaq istərdim ki, dünyada yaşanan bu ağır günləri tərk etdikdən sonra, vəzifəyə başladığınız gündən bəri davam etdirdiyiniz səmimi və intensiv əlaqələrimizi təqdir edərək, “Brexit”dən sonrakı dövrdə ikitərəfli əməkdaşlığımızı daha da gücləndirmək məqsədilə Sizi atalarınızın vətəni olan ölkəmizdə qarşılamaq istərdik”.

Avropa ölkələri arasında Britaniyanın da COVID-19 virusunun güclü təsirinə məruz qalmasından təəssüfləndiyini yazan Türkiyə Prezidenti bu pandemiya nəticəsində dünyasını dəyişən ölkə vətəndaşlarına görə başsağlığını bildirib, bu xəstəlikdən müalicə olunanlara isə şəfa arzulayıb: “Beynəlxalq Səhiyyə Sistemində (NHS) fəaliyyət göstərənlər də başda olmaqla, bu istiqamətdə dəstək verən hər kəsə uğurlar arzulayıram”.

Qeyd edək ki, bu gün tibbi ləvazimatlarla dolu Türkiyə Hava Yollarına aid təyyarə Londonda hava limanına eniş edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir