“Əsl problemlər hələ qarşıdadır. Ukrayna dünyanın ən mühüm ərzaq ixracatçılarından biridir. Ölkəmizdən buğda, bitki yağı, qarğıdalı və digər kənd təsərrüfatı məhsulları dünyadakı bir çox dövlətlərin sabitliyinin və daxili təhlükəsizliyinin əsasını təşkil edir”.
Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski video müraciətində deyib.
Onun sözlərinə görə, Rusiya qoşunları Ukraynada tarlaları minalayır, kənd təsərrüfatı texnikasını sıradan çıxarır, əkin üçün lazım olan yanacaq ehtiyatlarını məhv edir, dəniz limanlarını bağlayır: “Dövlətimiz kifayət qədər ərzaqla təmin olunacaq. Lakin Ukraynadan ixracın olmaması bir çox xalqları “vuracaq”. Birgə səylərlə dünyada ərzaq qıtlığının qarşısını almaq lazımdır”.
Zelenski qeyd edib ki, Rusiyaya qarşı sanksiyalar yalnız bir məqsədə yönəlib – Rusiyanı sülh axtarmağa sövq etmək. Azpost.info