Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıda türkdilli ölkələri qarşılıqlı ticarət zamanı dollar ilə hesablaşmalardan imtinaya çağırıb. "Dollarla ticarət çox risk yaradır və biz qarşılıqlı hesablaşmalarda milli valyutalara keçməliyik", - R.T.Ərdoğan bu gün Bakıda türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iclasındakı çıxışında deyib.