“Prezident İlham Əliyevin 24 aprel 2020-ci il tarixli fərmanı hərbi səbəblərlə əlaqədar əlilliyin qiymətləndirilməsində təkmilləşmə və şəffaflığın artırılmasına, hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə ilə bağlı toplanan məlumatların sistemliliyinin təmin edilməsinə xidmət edir”.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Sənədə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində 2021-ci il yanvarın 1-dək “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemi yaradılacaq. Hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının həmin altsistemə çıxışı təmin olunacaq.