Əbdürrəhman Vəzirov vəfat edib

10 Yanvar 2022 - 13:27

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

Bu haqda məlumat onun qohumlarına istinadən yayılıb.

Əbdürrəhman Vəzirov bu gün Moskva xəstəxanalarından birində dünyasını dəyişib.

O, bir neçə gün öncə böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olub. O, 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi ilə nəticələnən siyasi böhran ərəfəsində vəzifəsindən azad edilib. Vəzirov həmişə Bakıya ordunun çağırılmasında ittiham edilib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. 90 yaşlı Əbdürrəhman Vəzirov Moskvada yaşayırdı.