Əbülfəs Qarayev Mədəniyyət Nazirliyində aparılan həbslərdən danışdı:

"İndidən nəsə söyləyə bilmərəm"
09 May 2020 - 13:36

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.

Gununsesi.org-un sorğusunu cavablandıran nazir bir dövlət orqanının başqa bir qurumda əməliyyat keçirdiyini deyib: “Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.