Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma
  • ÖZƏL

Əbülfəz Elçibəy soyadını dəyişdirməyib? –

User 19 İyul 2025 - 14:26 (Last updated: 19 İyul 2025 - 10:17)
elcibey viza soyadi

Azərbaycanın sabiq prezidenti, mərhum Əbülfəz Elçibəy rəsmi sənədləri, Bəyanatları “Elçibəy” soyadı ilə imzalayıb.

AzPost bildirir ki, SSRİ zamanı Əbülfəz bəyin rəsmi soyadı Əliyev olub. Azərbaycanda xalq hərəkatının rəhbəri olduqdan sonra o, ilk olaraq “Əbülfəz Əli Elçibəy”, daha sonra isə “Əbülfəz Elçibəy” adı ilə çıxış edib.

1992-ci ilin prezident seçkilərində də bülletendə adı “Əbülfəz Elçibəy” kimi qeyd olunub. Dövlət başçısı kimi bütün rəsmi səfərlərində Əbülfəz Elçibəy kimi tədim olunub.

AzPost-un əldə etdiyi bir foto maraqlı bir məqama işıq salıb. Foto eks-prezidentin 2000-ci ildə ABŞ-a səfəri zamanı xarici pasportundakı amerikan vizası əks olunub. Burada Əbülfəz bəyin soyadı rəsmən “Əliyev” kimi göstərilib.  Viza 12 may 2000-ci ildən 11 may 2001-ci ilə qədər -1 illik müddətinə açılıb.

Rəsmi vizadan belə məlum olur ki, Əbülfəz Elçibəy soyadını dəyişməyibmiş. O, rəsmən “Əliyev” soyadını daşıyıb.

Xatırladaq ki, Əbülfəz Elçibəy 2000-ci ilin may ayında ABŞ-a son səfərini edib. Səfərinin əsas məqsədi Konqresdə Azərbaycanda demokratiyanın durumu ilə əlaqədar keçirilən dinləmələrdə iştirak etmək idi. Bundan başqa, Vaşinqtonun beyin mərkəzlərində Elçibəylə bir neçə görüş təşkil olunub. Nəhayət səfərin bir mühüm tədbiri ABŞ-da fəaliyyət göstərən türk təşkilatlarının dəvəti ilə Nyu-Yorkda keçirilən Türk yürüşündə iştirak etmək idi.

Əbülfəz Elçibəy son ABŞ səfərindən 3 ay sonra, 22 avuqst 2000-ci ildə Türkiyənin paytaxtı Ankarada vəfat edib.

Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycana rəhbərlik edib. 1993-cü ilin Gəncədə hərbi qiyam nəticəsində vəzifəsini tərk edib.

AzPost.az

Post navigation

Previous: Tramp “The Wall Street Journal”ı məhkəməyə verib –
Next: Əlilliyi olan şəxslərin reabilitasiyası ilə bağlı tədbir keçirilib

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.