Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

07 Oktyabr 2021 - 15:15

Bu gün 2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının verdiyi xəbərə görə, mükafat Tanzaniyadan olan və hazırda Böyük Britaniyada yaşayan yazıçı Abdulrazak Qurnaya (Abdulrazak Gurnah) verilib.

Qeyd edək ki, mükafatın ötənilki qalibi ABŞ şairi və esseisti Luiza Qlük olub.