Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir.
İclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq.
Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. İndiyə qədər komissiya 300-dən artıq müraciətə baxıb.