Səhiyyə Nazirliyi ləngimələr və növbələrlə bağlı məsələyə münasibət bildirib

Elektron sistemdəki problemlərlə əlaqədar yayılan məlumatlarda qeyd olunan məsələ TƏBİB-in elektron sistemində yaranmış texniki nasazlıqla bağlıdır.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

Bildirilib ki, elektron sistemdə yaranmış nasazlıq səbəbindən pasiyentlərin qeydiyyatı və xidmətlərin göstərilməsi prosesində müvəqqəti ləngimələr və növbələr yaranıb: “Sistem tam bərpa olunduqdan sonra xidmət prosesinin əvvəlki qaydada davam edəcəyi və vəziyyətin normallaşacağı gözlənilir. Yaranmış narahatlığa görə pasiyentlərdən üzr istəyirik və anlayış göstərmələrini xahiş edirik”.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.