Əjdər Ol son sözünü demək üçün məhkəmədən vaxt istəyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Əjdər Olun vəkili Teymur Baloğlanov çıxış edib. O, məhkəmədən müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.

Son söz söyləməli olan Əjdər Ol isə buna görə məhkəmədən vaxt istəyib.

Proses martın 29-da davam etdiriləcək.

Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsə 11 il həbs cəzası istəmişdi. Təqsirləndirilən şəxs isə məhkəmədən yüngül cəza təyin etməyi xahiş etmişdi.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla həbs edilən Əjdər Cəbiyev Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli bilinərək saxlanılıb.

Ə. Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir