Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Evi sökülən vətəndaşların nəzərinə –

User 04 Aprel 2026 - 13:01 (Last updated: 04 Aprel 2026 - 13:53)
vuqar02

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) paytaxt Bakıda həyata keçirilən söküntü işləri, vətəndaşların mülkiyyət hüquqlarının qorunması və kompensasiyaların düzgün təyin edilməsi məsələlərinə həsr olunmuş geniş tərkibli işçi görüşü keçirilib.
Görüşdə AQC İdarə Heyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc, sədrin müşaviri, iqtisadçı ekspert Asif İbrahimov, AQC-nin koordinatoru, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev, “Opera Group” MMC-nin rəhbəri, iqtisadçı ekspert Firdovsi Xəlilov və “Kensigton” MMC-nin rəhbəri, tikinti eksperti Əşrəf Şıxəliyev iştirak ediblər.

Müzakirələrin əsas məqsədi söküntü prosesində vətəndaşların qarşılaşdığı çətinliklərin aradan qaldırılması və bu sahədə peşəkar qiymətləndirmə standartlarının tətbiqi təşkil edib. İclasda qərara alınıb ki, söküntü zonalarında mülkiyyəti olan şəxslərin hüquqlarının müdafiəsi, onların problemlərinin operativ şəkildə araşdırılması və həlli məqsədilə xüsusi Komissiya yaradılsın.

AQC İdarə Heyətinin sədri Vüqar Oruc cari ilin ölkəmizdə şəhərsalma proseslərinin intensivləşdiyi bir dövr olduğunu vurğulayaraq, əsas məqsədin söküntü işlərinin mövcud qanunvericilik çərçivəsində, düzgün və şəffaf şəkildə aparılması olduğunu bildirib. Qeyd olunub ki, vətəndaşlara ödəniləcək kompensasiyalar real bazar qiymətlərinə və beynəlxalq qiymətləndirmə standartlarına uyğun hesablanmalıdır. Eyni zamanda evi sökülən sakinlərin narazılıqlarının minimuma endirilməsi üçün müstəqil qiymətləndirmə rəylərinin əhəmiyyəti artırılmalıdır. Söküntü prosesində iştirak edən tərəflər arasında obyektivliyin təmin olunması üçün AQC-nin ekspert potensialından maksimum istifadə ediləcək.

Görüşdə iştirak edən ekspertlər söküntü işlərinin praktiki tərəfləri və sahə üzrə yaranan boşluqlar barədə təkliflərini səsləndiriblər. Yaradılacaq komissiyanın həm dövlət qurumları, həm də vətəndaşlar üçün etibarlı bir platforma rolunu oynayacağı qeyd edilib.

AzPost.az

Post navigation

Previous: Sabaha olan hava proqnozu
Next: ABŞ xüsusi təyinatlıları İranda əməliyyat keçirib

Oxşar xəbərlər

qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
yataqxana
  • Sosial

Şəhid anası 6 ildir yataqxanada yaşayır – “Oğlumu Vətənə verdim, özümə sahib çıxan yoxdur”

User 11 Noyabr 2026 - 12:13

xƏBƏR

qudret bey
  • Sosial

“Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat

User 11 Noyabr 2026 - 13:11
Deputat şəhid ailələri, müharibə əlilləri və ehtiyacı olan hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilməsini təklif edib. Milli...
Read more about “Şəhid ailələrinə, müharibə əlillərinə mənzil əvəzinə pul verilsin” – Deputat
Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var? rus ukr danisiq abu dabi
  • Dünya

Əbu-Dabidə Ukrayna üzrə danışıqların ikinci mərhələsi başladı – Masada hansı məsələlər var?

User 11 Noyabr 2026 - 12:53
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 11 Noyabr 2026 - 12:45
İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib İlham Əliyev
  • Siyasət

İlham Əliyev Antalyada COP31-in Liderlər Sammitinə gəlib

User 11 Noyabr 2026 - 12:37
Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir ukrayna ordu
  • Dünya

Ukrayna ordusunu saxlamaq üçün Qərbdən 10 illik maliyyə dəstəyi istəyir

User 11 Noyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.