Yeni Azərbaycan Partiyasının rəhbərliyi görkəmli siyasi xadim Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabanı ziyarət edib, onun məzarı önünə əklil və gül dəstələri qoyublar.
Modern.az xəbər verir ki, ziyartəçilər arasında Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov və Baş nazirin keçmiş müavini Hacıbala Abutalıbov da olub.