Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək –

RƏSMİ
30 Sentyabr 2021 - 11:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Haber Global”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.

Türkiyə Prezidentinin sözçüsü qeyd edib ki, bu gün Füzulidə, Şuşada və digər azad edilmiş ərazilərdə nəhəng işlər görülüb.

İ. Kalın vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və onun komandası işğaldan azad edilmiş Qarabağın yenidən qurulması istiqamətində var qüvvəsi ilə çalışır.